×
A
A
A
Sazlamalar

Nəsimi işığı, Nəsimi dünyası

Bakı, 22 may, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir şəhər 2 nömrəli məktəb-liseyin VII sinif şagirdlərinin iştirakı ilə “Nəsimi işığı, Nəsimi dünyası” mövzusunda tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” çərçivəsində reallaşdırılıb.
Məktəblilər şairin əruz vəznində yazdığı qəzəllərindən nümunələr səsləndirib, həmçinin “Nəsimi” filmindən hazırladıqları səhnəni nümayiş etdiriblər.

Elm və təhsil 2019-05-22 16:10:00