×
A
A
A
Sazlamalar

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq

Bakı, 22 may, AZƏRTAC
Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq. Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildir başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət tərəfindən Zaqatala-Balakən biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 22-də keçirilən mətbuat konfransında məlumat verib.
H.Əlizadə, həmçinin deyib: "Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması, yəni 2023-cü ilin sonuna qədər bitməsi planlaşdırılır. Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə, istərsə də sosialyönümlü tədbirlərin həyata keçirilməsi, yəni orada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub".

Ekologiya 2019-05-22 15:55:00