×
A
A
A
Sazlamalar

Ötən ay muxtar respublikada 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Naxçıvan, 22 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən ötən ay muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparılıb, 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması müəyyən edilib. Keçirilən nəzarət tədbirləri zamanı səyyar ticarətlə məşğul olan 1 şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanuna müvafiq tədbir görülüb.
Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə 73 işəgötürəndə aparılmış araşdırmalar zamanı 141 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Regionlar 2019-05-22 15:30:00