×
A
A
A
Sazlamalar

Ötən ay Gömrük Komitəsinin Çağrı mərkəzinə 5022 zəng daxil olub

Bakı, 22 may, AZƏRTAC

Apreldə Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 5022 zəng daxil olub.
Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 685-i elektron xidmətlər, 514-ü gömrük ödənişləri, 929-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edənlərdən 505-i sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və digər mövzularla bağlı müraciət ünvanlayıb.

 

İqtisadiyyat 2019-05-22 14:50:00