×
A
A
A
Sazlamalar

Bakı Metropoliteni üçün ümumi gücü 39 meqavatlıq 17 generator alınıb

Bakı, 22 may, Pərvanə Rəhimova, AZƏRTAC

“Bakı Metropoliteni” QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanovun sözlərinə görə, hazırda generatorların sazlama və quraşdırma işləri görülür: “Hazırda “Azərişıq”ın 215 saylı yarımstansiyasında 2 dizel generatoru quraşdırılıb. Hər bir generator 500 litr yanacaq tutur. Enerji tam kəsilən zaman genertorlar işə düşərək işıqlandırma, eskalatorların hərəkəti, su və havalandırma sisteminin işini təmin edəcək. Həmçinin bu generatorlar elektrik avadanlıqlarının minimal hərəkətini təmin edəcək. Yəni qatarlar daha tuneldə qalmayacaq”.

İqtisadiyyat 2019-05-22 14:36:00