×
A
A
A
Sazlamalar

Sumqayıtda uşaq bağçasında yanğın baş verib

Bakı, 22 may, AZƏRTAC 

Sumqayıtda uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan bir otağın 30 kvadratmetri yanıb, qalan hissəsi qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-05-22 13:48:00