×
A
A
A
Sazlamalar

Yüksək Texnologiyalar Parkında İsrail nümayəndələri ilə görüş keçirilib

Bakı, 22 may, AZƏRTAC

Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Tural Kərimli İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi və missiya rəhbərinin müavini Avital Rosenberq, Kadr hazırlığı və inkişafı üzrə büronun kadetləri Doron Pier və Şifra Veis-Kubanu ilə görüşüb.
YT Park-dan AZƏRTAC-a bildirilib ki, T.Kərimli İsrail nümayəndələrini İnnovasiyalar Agentliyinin fəaliyyəti, gələcək tədbir və planları ilə bağlı məlumatlandırıb, Azərbaycanda yüksək texnologiyaların inkişafına dair görülən işlərdən bəhs edib.
Qonaqlar gələcəkdə İnnovasiyalar Agentliyi ilə birgə müxtəlif innovativ tədbir və layihələrin həyata keçirilməsinə dair istəklərini ifadə ediblər. Daha sonra İnnovasiyalar Agentliyi və İsrailin birgə startaplar innovasiya ekosistemin liderləri və tələbə mübadiləsi proqramının təchiz edilməsi perspektivləri, həmçinin “Hackathon” və digər texnologiyayönümlü tədbirlərin keçirilməsi müzakirə olunub.

İKT 2019-05-22 13:27:00