×
A
A
A
Sazlamalar

Ağcabədi rayonunda “Dövlət qulluğuna qəbul qaydaları” mövzusunda tədbir keçirilib

Bakı, 22 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə regional bölməsinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə rayonun Bayraq Muzeyində “Dövlət qulluğuna qəbul qaydaları” mövzusunda tədbir keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov DİM-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, DİM dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə yanaşı, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə əsasında aparır.
Daha sonra regional bölmənin digər əməkdaşı Emin Məmmədov təqdimatla çıxış edərək dövlət qulluğu sisteminin mahiyyəti, dövlət qulluğuna qəbul qaydaları, test imtahanlarında iştirak, sertifikatların əldə edilməsi, vakant yerlər, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-05-22 13:20:00