×
A
A
A
Sazlamalar

Mehmanxanaların yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Bakı, 22 may, AZƏRTAC 

Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar idmançıların və qonaqların qalması üçün nəzərdə tutulan “Pullman” otelində maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə otelin yanğın təhlükəsizliyi barədə ətraflı söhbət açılıb, suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası əyani şəkildə göstərilib. Xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri tədbir iştirakçılarına paylanıb. Həmçinin “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası rəhbərliyə təqdim edilib.

Sosial 2019-05-22 13:09:00