×
A
A
A
Sazlamalar

Yeniyetmə boksçularımız Avropa birinciliyində iştirak edəcəklər

Bakı, 22 may, AZƏRTAC

Mayın 24-də Rumıniyanın Qalati şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, doqquz gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Vaqif Kazımov qitə birinciliyində 11 boksçuya şans verəcək. Çempionatda Nicat Hüseynov (46), Səid Abdullayev (48 kq), Zaur Qəhrəmanov (50 kq), Əsəd Ağayev (52 kq), Zəlimxan Süleymanov (54 kq), Turğay Mirzəyev (57 kq), Elməddin Ağayev (60 kq), İsa Novruzlu (63 kq), Səyadulla Nəsirov (66 kq), Rəmiş Cəfərov (70 kq) və Cəfər Heydərli (80 kq) rinqə çıxacaqlar.
Artıq Rumıniyaya yollanan komandamız iyunun 2-də Vətənə qayıdacaq.
Avropa birinciliyində mayın 24-28-də təsnifat mərhələsinin döyüşləri olacaq. Mayın 29-da istirahət edəcək boksçular növbəti iki gündə yarımfinal görüşləri keçirəcəklər. İyunun 1-də isə qaliblərin adları müəyyənləşəcək.

İdman 2019-05-22 12:16:00