×
A
A
A
Sazlamalar

“Nəsimi eşqi” adlı poetik xalq tamaşası Füzulinin kənd və qəsəbələrində nümayiş olunur

Füzuli, 22 may, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə hazırlanan “Nəsimi eşqi” adlı poetik xalq tamaşası rayonun kənd və qəsəbələrində təqdim edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
İmaməddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova və başqaları çıxış edir.

Regionlar 2019-05-22 11:44:00