Oman yazıçısı Buker mükafatına layiq görüldü
Bakı, 22 may, AZƏRTAC
Oman yazıçısı və müəllimi Coxa Alharthi 2019-cu ilin Beynəlxalq Buker Mükafatına layiq görülüb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müsabiqənin münsiflər heyəti Coxa Alhartini “Səma cisimləri” (Celestial Bodies) kitabına görə bu mükafata layiq görüb. Əsərdə üç nəsil Oman ailəsindən bəhs edilir.
Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən mükafat hər il təqdim olunur.
Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb