×
A
A
A
Sazlamalar

Masallı ərazisində zəlzələ baş verib


Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, mayın 21-də yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ocağı 21 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Cəmiyyət 2019-05-21 23:22:00