×
A
A
A
Sazlamalar

İtaliyalı mütəxəssis Azərbaycan millisində debüt edib

Bakı, 21 may, AZƏRTAC

Minskdə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 21-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hazırlıq çərçivəsində komandamız Belarus millisi ilə daha bir yoldaşlıq görüşü keçirəcək. Mayın 26-da isə yığma komandalar Qızıl Avropa Liqası yarışının birinci turunda qarşılacaqlar.
Qeyd edək ki, bu yoldaşlıq görüşü milli komandamızın italiyalı baş məşqçisi Ciovanni Kapraranın rəhbərliyi ilə keçən ilk oyun olub.

İdman 2019-05-21 23:15:00