×
A
A
A
Sazlamalar

Azərbaycan idmançısı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb

Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında çəkic atma növündə çıxış edən idmançımız Anna Skidan 72.92 metr nəticə göstərərək 5-ci yerin sahibi olub.
AZƏRTAC xəbər verir ki, atletimiz bu nəticə ilə “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, “Tokio 2020” Olimpiadasına lisenziya qazanmaq üçün hər atlet azı 72.50 metr nəticə göstərməlidir.
Bu yarışda iştirak edən atletimiz, Avropa çempionu Nazim Babayev isə 6-cı yeri tutub.

İdman 2019-05-21 21:02:00