×
A
A
A
Sazlamalar

ADPU-da “Solğun çiçəklər” tamaşası nümayiş etdirilib

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecin (ADPK) tələbələrinin ifasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tamaşanın rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Məmməd Səfadır. Tələbələrin yaratdıqları maraqlı və təsirli səhnələr izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşa Azərbaycan Respublikası Prezidentinin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində hazırlanıb.

Elm və təhsil 2019-05-21 19:30:00