×
A
A
A
Sazlamalar

Fəlsəfə İnstitutunda konfrans: cəmiyyətin inkişafında ailə dəyərlərinin rolu

Bakı, 21 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun qadınlar şurasının “Cəmiyyətin inkişafında ailə dəyərlərinin rolu” mövzusunda konfransı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransı açan Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə mövzu ilə bağlı fikirlərini bölüşüb. O, ailə məsələlərində keçmişlə bu günü müqayisə edib, müvafiq sahəyə fərdi münasibətlərdən çox elmi müstəvidə yanaşmanın vacibliyini vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş mütəxəssisi Aynur Veysəlovanın “Cəmiyyətin inkişafında ailə dəyərlərinin rolu” mövzusunda məruzəsi dinlənilib.
Konfransda professor Sakit Hüseynov ailə dəyərlərinin qorunması yollarından danışıb. O, ailə dəyərlərinin formalaşmasında İslamın böyük təsiri olduğunu vurğulayıb.
Sonda mövzu ətrafında müzakirə aparılıb.

Elm və təhsil 2019-05-21 18:57:00