×
A
A
A
Sazlamalar

“Çelsi” hücumçusu ilə yeni müqavilə imzalayıb

Bakı, 21 may, AZƏRTAC

İngiltərənin “Çelsi” futbol klubu hücumçusu Olivye Jiru ilə müqaviləni yeniləyib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 32 yaşlı fransalı hücumçu növbəti mövsümün sonunadək London təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Jiru 2018-ci ilin yayında “Arsenal”dan “Çelsi”yə transfer olunub. Hücumçu cari mövsümdə İngiltərə çempionatında 27 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

İdman 2019-05-21 18:38:00