×
A
A
A
Sazlamalar

Neft-Kimya Prosesləri İnstitutu ilə Tərəvəzçilik İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 21 may, AZƏRTAC 

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitutunda olub.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tərəvəzçilik İnstitutunun direktoru Elmar Allahverdiyev rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Akademik Vaqif Abbasov birgə əlaqələrin perspektivlərindən söz açıb, əməkdaşlığın hər iki qurum üçün faydalı olacağına əminliyini bildirib.

Elm və təhsil 2019-05-21 18:27:00