×
A
A
A
Sazlamalar

Futbolçularımızın iştirak etdiyi “Məktəblərdə danışıq seminarları” davam etdirilir

Bakı, 21 may, AZƏRTAC

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində Bakı və ətraf rayonlarda məktəb şagirdləri üçün qızlardan ibarət Azərbaycan milli komandalarının futbolçularının iştirak etdiyi “Məktəblərdə danışıq seminarları” davam etdirilir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, növbəti belə tədbir mayın 21-də Bakının 65 nömrəli orta məktəbində təşkil edilib.
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Elvira Əskərzadə öz fəaliyyəti, futbola gəlişi və uğurları barədə şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

İdman 2019-05-21 18:36:00