×
A
A
A
Sazlamalar

Çempion ola bilməyən “Başakşəhər”in 6 futbolçusu klubdan ayrılacaq

Bakı, 21 may, AZƏRTAC
İstanbulun “Başakşəhər” klubu 6 futbolçusu ilə yollarını ayıracaq.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Emmanuel Adebayor, Demba Ba, Serdar Taşçı, Marsio Mossoro, Emre Belözoğlu və Qael Cliçi klubdan ayrılacaqlar. İspaniyanın “Barselona” klubunun “Başakşəhər”də icarə əsasında forma geyinən yarımmüdafiəçisi Arda Turanın gələcəyi isə Kataloniya klubunun qərarından sonra bilinəcək.
Qeyd edək ki, “Başakşəhər” klubu Türkiyə Superliqasının 33-cü turunda “Qalatasaray”a məğlub olaraq çempionluğu əldən verib.

İdman 2019-05-21 18:23:00