×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96.7165 AZN (10.3000 faiz) və 100.0000 AZN (9.0000 faiz) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.7120 (9.9001 faiz), orta ölçülmüş qiyməti 98.2212 (9.6975 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 15.752,900 AZN, yerləşdirilmiş həcmi isə 14.202,000 AZN təşkil edib. İstiqrazlar 2022-ci il mayın 17-də ödəniləcək.

Maliyyə 2019-05-21 18:15:00