Uşaq musiqi məktəbinin yaranmasının 60 illiyi qeyd edilib
Bakı, 21 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin yaranmasının 60 illiyinə həsr olunmuş konsert keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verilib, videoçarx nümayiş etdirilib.
Şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri məharətlə səsləndirilib.
Sonda Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək əlamətdar gün münasibətilə şagird və müəllim kollektivini təbrik edib, məktəbin fəal müəllimlərini fəxri fərmanlarla təltif edib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir