×
A
A
A
Sazlamalar

Əczaçılıq məhsullarının idxalı cüzi artıb

Bakı, 21 may, AZƏRTAC
Yanvar-aprel aylarında Azərbaycana 4 min 493 ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Dörd ayda idxal edilən əczaçılıq məhsullarının dəyəri 85 milyon 745 min ABŞ dolları olub.
Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkəyə 85 milyon 390 min dollarlıq 4 min 491 ton əczaçılıq məhsulları idxal edilmişdi.

İqtisadiyyat 2019-05-21 17:53:00