×
A
A
A
Sazlamalar

Bu il 4 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub

Bakı, 21 may, AZƏRTAC
Cari ilin ilk 4 ayında ölkəyə 4 min 115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Yanvar-aprel aylarında idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 20 milyon 587 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 25 milyon 771 min dollarlıq 4 min 321 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

İqtisadiyyat 2019-05-21 17:07:00