×
A
A
A
Sazlamalar

“Oxu bayramı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən “Oxu bayramı” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət Nazirliyinin təşəbbüsü və Baş İdarənin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqənin məqsədi mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba, mütaliəyə marağı artırmaqdır.
Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Firudin Qurbansoy müsabiqə iştirakçıları arasında birinci yerə layiq görülərək fəxri fərmanla təltif olunub.

Mədəniyyət 2019-05-21 17:34:00