×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrı beş tamaşa hazırlayıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ayın sonu üçün beş səhnə əsəri hazırlayıb.
AZƏRTAC xəbər verir ki, səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, tamaşaçılar mayın 24-də “Cəza”, 25-də “Dəcəl keçi” və “İtalyansayağı xoşbəxtlik” tamaşalarına baxa biləcək.
Mayın 26-da “Çirkin ördək yavrusu” və “Məhv olmuş gündəliklər” nümayiş ediləcək.
Biletləri şəhərin bütün kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Teatr və kino 2019-05-21 17:30:00