×
A
A
A
Sazlamalar

“YUĞ” teatrı iyun repertuarını açıqlayıb

Bakı, 21 may, AZƏRTAC

“YUĞ” Dövlət Teatrı iyun ayı maraqlı tamaşalarla çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, iyunun 14-də O.Pamukun əsərləri əsasında “Mən ağacam”, 15-də “Müəmmalı bir qətlin üç versiyası”, 16-da isə Sonuncu” tamaşaları göstəriləcək. Bununla yanaşı, iyunun 2-də “Vəsvəsə”, 23-də O.Pamukun əsərləri əsasında “Mən ağacam”, 29 –da “Şok” və 30-da isə “Vəsvəsə” nümayiş ediləcək.
Tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında təqdim olunacaq.

Teatr və kino 2019-05-21 17:02:00