×
A
A
A
Sazlamalar

Dörd ayda Azərbaycana 519 min tonadək buğda idxal edilib

Bakı, 21 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkəyə 518 min 704 ton buğda idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən buğdanın dəyəri 117 milyon 79 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 70 milyon 971 min dollarlıq 406 min 842 ton buğda idxal edilmişdi.

İqtisadiyyat 2019-05-21 17:06:00