×
A
A
A
Sazlamalar

Universitet tələbələrinin “Tibb və hüquq” mövzusunda forumu keçirilib

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə tibb fakültəsinin 100 illik yubileyi münasibətilə iki universitetin tələbələri arasında “Tibb və hüquq” mövzusunda müzakirə forumu keçirilib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birinci mərhələsi BDU-da, ikinci mərhələsi isə ATU-da keçirilən forumda toxunulan mövzulara tibbi və hüquqi baxımından yanaşmalar tələbələr üçün böyük maraq doğurub.
Forum çərçivəsində ATU-nun I müalicə-profilaktika fakültəsinin tələbələri Fərhan Namazov, Mirxəzər İsmayılov, BDU-nun hüquq fakültəsinin tələbəsi Xanım Musayeva “Evtanaziya”, “Yaşam və ölüm” və digər mövzularda çıxışlar ediblər. Mövzular ətrafında hər iki universitet tələbələri arasında maraqlı müzakirələr aparılıb.
Tələbələr müzakirələr zamanı qarşılaşdıqları şəraitdən asılı olaraq tibbi və hüquqi baxımından necə davranmaqla əlaqədar xeyli məlumat əldə ediblər.

 

Səhiyyə 2019-05-21 16:42:00