×
A
A
A
Sazlamalar

Portuqaliyada Beynəlxalq Turist Yürüşləri Çempionatı keçiriləcək

Lissabon, 21 may, AZƏRTAC

İyunun 6-9-da Portuqaliyada qayalıq cığırlarla Beynəlxalq Turist Yürüşləri Çempionatı keçiriləcək.
Təqribən 500 idmançı üç gün ərzində Miranda-du-Dorunun və Serra-da-Louzanın piyada cığırları ilə yürüşə çıxacaqlar.
Dünya çempionatının təşkilat komitəsi idmanın bu növündə ən yaxşı idmançılardan ibarət 50-dən çox komanda qəbul etməklə, iştirakçı ölkələrin sayına görə rekordu təzələmək istəyir. Qeyd edək ki, bu komandalar iyunun 8-də 42 kilometrlik əsas yarışda güclərini sınayacaqlar.
İyunun 9-da isə 44 kilometr məsafəyə “Ultra Vulture Trail” yarışı keçiriləcək. Yarışda təqribən min idmançı iştirak edəcək.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

İdman 2019-05-21 16:37:00