×
A
A
A
Sazlamalar

Bitki və heyvan mənşəli piylər və yağların idxalı artıb

Bakı, 21 may, AZƏRTAC
Cari ilin ilk 4 ayında ölkədən 5 min 125 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 5 milyon 500 min ABŞ dolları olub.
Bundan başqa, yanvar-aprel aylarında ölkəyə 42 milyon 689 min dollarlıq 51 min 205 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

İqtisadiyyat 2019-05-21 16:07:00