×
A
A
A
Sazlamalar

Mayın 19-da keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib

Bakı, 21 may, AZƏRTAC
Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 19-da keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) mərkəzin internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı, test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).

Elm və təhsil 2019-05-21 15:58:00