×
A
A
A
Sazlamalar

Rüfət Elçiyev: Şəkidə beynəlxalq simpoziumda Azərbaycanla yanaşı, 14 ölkədən keramikaçıların iştirakı olduqca xoşdur

Şəki, 21 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ilk keramika mərkəzi olan Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində ilk dəfədir “Təbiətdən tarixə” adlı beynəlxalq simpozium keçirilir. Belə tədbirlər xaricdə tez-tez təşkil olunur. Simpoziumda Azərbaycanla yanaşı, 14 xarici ölkənin keramikaçıları da iştirak edirlər. Bu, olduqca xoş haldır.
AZƏRTAC-ın bölgə müxbiri bu sözləri “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Şəkidə keçirilən I Beynəlxalq Keramika Simpoziumunun açılışında jurnalistlərə müsahibəsində deyib.
Keramikaçıların iki həftə ərzində bir-biri ilə fikir mübadiləsi aparacaqlarını, təcrübələrini bölüşəcəklərini vurğulayan qurumun rəhbəri diqqətə çatdırıb ki, tədbir müddətində keramikaçıların hazırladıqları bütün məhsullar “ABAD”ın kolleksiyasında qalacaq.

Regionlar 2019-05-21 15:54:00