×
A
A
A
Sazlamalar

Kann kinofestivalında smartfonla çəkilən film təqdim olunub

Bakı, 21 may, AZƏRTAC

Rusiyalı rejissor Boris Rutsun 72-ci Kann kinofestivalının Rusiya pavilyonunda “Bizə ölüm yaraşır” adlı filmi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, festivalın qonaqlarına telefonla çəkilən filmdən parçalar göstərilib.
“Film xəstəlikdən əziyyət çəkən qadının ölüm ayağındakı vəziyyətindən bəhs edir. Əri onu müalicə etdirmək üçün pul axtarır. Bu, sevgi və yumorla xəstəliyə necə qalib gəlməsi haqqında komedik melodramdır”, - deyə rejissor mətbuat konfransında bildirib.
“Bizə ölüm yaraşır” filmi 38 yaşlı Boris Rutsun smartfonla çəkdiyi ikinci tammetrajlı filmidir. “Mən hər gün video çəkmək istəyirəm. Buna görə də telefonla gəzərək insanları kafedə, parkda videoya çəkirəm. Bu, uydurmadan daha qiymətlidir”, - deyə rejissor əlavə edib.

Mədəniyyət 2019-05-21 15:50:00