×
A
A
A
Sazlamalar

BDU: “Tələbədən tələbəyə”nin sosial media təlimi

Bakı, 21 may, AZƏRTAC 

“Tələbədən tələbəyə” onlayn media təlimlərinin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş 7-ci buraxılışının sonuncu təlimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, təlim iki hissədən ibarət olmaqla “Sosial media nəzəriyyəsi” və “Sosial media menecerliyi” mövzularını əhatə edib.
Birinci hissədə təlimçi, BDU-nun beynəlxalq jurnalistika kafedrasının magistrantı Nurlan Ağa iştirakçılarla sosial media nəzəriyyəsi sahəsində biliklərini bölüşüb. Qloballaşma, informasiya cəmiyyətinin formalaşması prosesi fonunda sosial media, onun təsnifatı, növləri və mahiyyəti barədə məlumat verən təlimçi, eyni zamanda, tələbələrə sosial medianın tarixi-məntiqi kökləri və fəlsəfi təhlili, nəzəri araşdırmaları haqqında danışıb.
İkinci hissədə təlimçi Təhminə Quliyeva isə iştirakçılara sosial media menecmenti, sosial mediada reklam və marketinq, praktik iş mövzuları barədə məlumat verib.
Təlimin sonunda püşkatma nəticəsində qrup rəhbərləri təyin edilərək yekun tapşırıqlar diqqətə çatdırılıb.

Elm və təhsil 2019-05-21 15:00:00