×
A
A
A
Sazlamalar

SOCAR indiyədək Türkiyədəki layihələrinə 15 milyard dollar xərcləyib

Bakı, 21 may, AZƏRTAC

SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 15 milyard dollar investisiya yatırıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib.
O bildirib ki, SOCAR Türkiyədəki investisiyalarına davam edəcək. İlkin mərhələdə şirkətin bu ölkəyə sərmayə qoyuluşu 19,5 milyard dollara çatacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Neft - qaz 2019-05-21 13:43:00