×
A
A
A
Sazlamalar

Cari ildə Azərbaycanda ticarət əməliyyatlarının həcmi 11,6 milyard dollardan çox olub

Bakı, 21 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard 639 milyon 281 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 4 milyard 549 milyon 421 min dolları idxalın, 7 milyard 89 milyon 959 min dolları isə ixracın payına düşüb.

İqtisadiyyat 2019-05-21 13:39:00