×
A
A
A
Sazlamalar

Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşəcək

Bakı, 21 may, AZƏRTAC 

Vergilər nazirinin müavini Sahib Ələkbərov mayın 24-də Qusar rayonunda Vergiödəyicilərinə Xidmət Mərkəzində (Ünvan: Qusar şəhəri, Füzuli küçəsi) Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan sakinləri qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar mayın 21-23-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, eləcə də Qusar, Xaçmaz və Şabran rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, həmçinin Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Regionlar 2019-05-21 13:12:00