×
A
A
A
Sazlamalar

Mərdəkan yol qovşağından Buzovna dairəsinədək rənglənmə işləri aparılır

Bakı, 21 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə mayın 21-də paytaxtın Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən “Vaz dairəsi”nə qədər hissədə də görüləcək. İşlər bu gün axşam saat 22:00-dan mayın 22-si səhər saatlarınadək davam edəcək.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-21 12:50:00