×
A
A
A
Sazlamalar

Bu il ölkəyə 11,7 minədək avtomobil idxal olunub

Bakı, 21 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 11 min 695 olub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 614-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 974-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 54-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2019-05-21 12:44:00