×
A
A
A
Sazlamalar

Çinin dövlət tikinti şirkəti Azərbaycanda inşaat işlərinin həyata keçirilməsində maraqlıdır

Bakı, 21 may, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Çinin ən böyük dövlət tikinti şirkətlərindən olan "China National Complete Engineering Corporation" şirkəti ölkəmizdə infrastruktur sahəsində inşaat işlərinin həyata keçirilməsində maraqlıdır. Şirkət tikinti ilə yanaşı, tikinti layihələrini maliyyələşdirir.
Əməkdaşlıqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.

Tikinti̇ 2019-05-21 12:41:00