×
A
A
A
Sazlamalar

Milli Kitabxana “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasını təqdim edəcək

Bakı, 21 may, AZƏRTAC

Mayın 23-də Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir və “İlyas Əfəndiyev - 105” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli yazıçının ömür yolundan, zəngin yaradıcılığından və Azərbaycan dramaturgiyasının inkişafındakı xidmətlərindən danışılacaq.

Mədəniyyət 2019-05-21 12:37:00