×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında 77,1 milyon nəfər metrodan istifadə edib

Bakı, 21 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında 77,1 milyon nəfər metrodan istifadə edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 77,1 milyon nəfər olub.

Nəqliyyat 2019-05-21 12:34:00