® “Azercell” şirkəti “Optimal Elektronika” MMC-nin yeni rəqəmsal tərəfdaşıdır
“Azercell” şirkəti 71-dən çox pərakəndə satış məntəqəsinə sahib olan və Azərbaycanın elektronika sahəsində aparıcı pərakəndə satış şirkətlərindən biri olan “Optimal Elektronika” MMC ilə yeni müqavilə imzalayaraq şirkətin rabitə tərəfdaşı olub.
Sövdələşməyə əsasən, “Azercell”in müasir mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, “Optimal Elektronika” MMC-yə şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda, alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.
“Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən, iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün düzgün rabitə platforması təqdim edən “Azercell”lə iş birliyindən məmnunam”, - deyə “Optimal Elektronika” şirkətinin direktoru Əhəd Əsgərov bildirib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb