×
A
A
A
Sazlamalar

Aİİ-də “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda təlim keçirilib

Bakı, 21 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun hüquq məsələlərinin müqayisəli təhlili şöbəsinin elmi işçisi Səid Musayevin təqdimatında “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, institutun dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov ali təhsil müəssisəsində ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun din tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. İlkin Əlimuradov Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Səid Musayevin “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Avropada yəhudi icmasının həyat tərzi və onların üzləşdikləri problemlərdən ətraflı danışılıb.
Məruzəçi yəhudi icmalarının tarixi haqqında da məlumat verib. O bildirib ki, yəhudiləri əsasən “sefard”, Avropada məskunlaşanları isə “aşkenaz” adlandırırlar. Diqqətə çatdırıb ki, dünyada 16 milyona yaxın yəhudi yaşayır.
Təlim maraqlı müzakirələrlə davam edib.

Elm və təhsil 2019-05-21 12:25:00