Vergilər naziri Göyçayda vətəndaşları qəbul edəcək
Bakı, 21 may, AZƏRTAC
Vergilər naziri Mikayıl Cabbarov mayın 25-də Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küçəsi 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar mayın 21-24-də Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib