×
A
A
A
Sazlamalar

Dörd ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Bakı, 21 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 334 milyon 266 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 390 min dollar çoxdur.
Cari ilin 4 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 17 milyon 909 min dollar olub.

İqtisadiyyat 2019-05-21 12:22:00