×
A
A
A
Sazlamalar

Qaradağda “Mercedes” markalı avtomobil qaçırılıb

Bakı, 21 may, AZƏRTAC 

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Cəfərov “Mercedes” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramin Şahmərdanov qısa müddətdə Ələt qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-05-21 12:19:00