×
A
A
A
Sazlamalar

Kukla Teatrı dəvət edir...

Bakı, 21 may, AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı ayın sonu maraqlı tamaşaları ilə balaca tamaşaçıları sevindirəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti beş səhnə əsəri ilə balacaların görüşünə gələcək. Belə ki, balacalar mayın 24-də “Maşa və Ayı”, mayın 25-də “Pişiyin evi”, “Çipollino”, mayın 26-da isə “Qırmızı papaq” və “Durna balığı” tamaşalarını izləyəcəklər.
Bundan başqa, rusdilli tamaşaçılar mayın 28-də “Şəngülü, Məngülüm”, “Qoğal” (rus dilində), mayın 31-də isə “Cik-cik xanım” , “Maşa və Ayı”ya (rus dilində) baxa biləcəklər.

 

Teatr və kino 2019-05-21 11:36:00